Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahid Lalayev onların barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, həmyerlilərimiz onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı 22 günlük həbs qətiimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti ediblər.
Qeyd edək ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Ba kir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib. Akif Səfərov da həbs qərarından apellyasiya şikayəti verib.
Səfərov və Lalayevlə bağlı vəkillərdən müraciətlər daxil olub.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür