Rusiya Prezidenti Vladimr Putin bu axşam beynəlxalq telefon danışıqları aparacaq.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O həmçinin bildirib ki, Rusiya ABŞ-nin Kiyevə silah tədarükünü dayandırmasını diqqətlə izləyir:
“Kiyev nə qədər az raket alarsa, Xüsusi Hərbi Əməliyyatın sonu bir o qədər yaxın olar. Kreml hesab edir ki, Rusiya tərəfindən hazırlanmış memorandumun mediada müzakirəsi Ukrayna ilə nizamlama prosesinə zərər verə bilər. Rusiya hələ Ukrayna tərəfi ilə müzakirə olunmamış memorandumun məzmununu ictimaiyyətə açıq şəkildə müzakirə etmir”.
Peskov əlavə edib ki, Putinlə Tramp arasında danışıqların hazırlanması barədə öncədən məlumat verilməyəcək, danışıqlardan sonra informasiya təqdim olunacaq.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi