Moskva ilə Bakının barışması istiqamətində ilk addımı, görünür, Rusiya tərəfi atıb. Yekaterinburqda Azərbaycan diasporunun iştirakı ilə baş vermiş münaqişənin araşdırılması vilayət idarəsindən Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib və Baş Prokurorluğun nəzarətinə ötürülüb.
BUTA.TV “Minval.az”a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Qeyd olunub ki, oğlu ilə birlikdə “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi təyinatlılar tərəfindən saxlanılan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb. O, yalnız səs-küylü iş üzrə şahid qismində dindirilib. Rusiyanın İstintaq Komitəsindəki mənbə təsdiqləyib ki, digər məhbuslar, o cümlədən əvvəllər həbs olunmuşlar hələ də həbsdədir və onların prosessual statusu dəyişməyib.
Nəşr vurğulayıb ki, “Sputnik Azərbaycan” jurnalistləri Bakıda sərbəst buraxıldıqdan sonra vəziyyət yumşalmağa doğru inkişaf edə bilər.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı