Son zamanlarda Azərbaycanda Türkiyə hərbi bazasının açılması ilə bağlı məsələlər müzakirə olunur. Ancaq Konstitusiyamızda belə bir maddə var ki, ölkəmizdə heç bir ölkənin hərbi bazası yerləşə bilməz. Ona görə də belə bir məsələ hazırda müzakirə predmeti deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
“Əlbəttə, bəzi fikirlər irəli sürülə bilər. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə dövlətlərinin Silahlı Qüvvələri arasında çox sıx əməkdaşlıq var. Hətta idarəetmə sistemləri də eyniləşdirilib. İlimizin böyük hissəsi də iki ölkənin birgə təlimlərindən ibarətdir.
Bundan əlavə, iki ölkə arasında Şuşa Bəyannaməsi mövcuddur və bəyannamədə bildirilib ki, təhlükəsizliklə bağlı hansısa bir problem yarandıqda tərəflər bir-birinə hərbi dəstək göstərməlidir. Belə olduğu halda xüsusi və daimi hərbi bazanın yaradılmasına ehtiyac da qalmır.
Dünyada hər kəs bilməlidir ki, Azərbaycana və ya Türkiyəyə hansısa hərbi müdaxilə olarsa, Azərbaycan və Türkiyə buna birlikdə cavab verəcəkdir”, - deyə politoloq bildirib.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi