İran Prezidenti Məsud Pezeşkian Şuşa şəhərinə səfər edib.
BUTA.TV xəbər verir ki, o, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirak edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian birlikdə Şuşaya gediblər.
Dövlət başçıları şəhərin mənzərəsini seyr ediblər. Onlar Yuxarı Gövhər Ağa məscidinə baxıblar.
İlham Əliyev iranlı həmkarına işğal dövründə Ermənistanın Şuşada törətdiyi vandalizm aktları və hazırda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi