Rusiyadakı turoperatorlar Azərbaycanda tətil üçün sifarişlərin sayında ciddi azalma qeydə almayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat verən Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidməti Azərbaycan turlarına marağın azalması ilə bağlı mətbuatda yayılan informasiyaları təkzib edib.
RUTİ qeyd edib ki, əvvəllər Səyahət Agentlikləri Assosiasiyasının nümayəndələri tərəfindən sifarişlərin 30-40 faiz azalması ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
"Rusiya Səyahət Sənayesi İttifaqında bu məlumatı yoxladıq: turoperatorların dediyinə görə, bu, təsdiqini tapmayıb. Çox az sayda, norma daxilində sifariş ləğv olunub", - deyə onlar mesajda qeyd ediblər.
RUTİ əlavə edib ki, Azərbaycanın turizm sənayesi işçiləri rusiyalı turistlərə mehriban münasibət nümayiş etdirir.
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN