Uğursuz müharibədən sonra Paşinyan 2011-2012-ci illərdə mənim etmədiyimi Ermənistanda etdi – o, erməni “İvanişvilini” həbs etdi.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib
O, rusiyalı milyarder Samvel Karapetyanın həbs edilməsini Ermənistanın Baş naziri Nikol Paşinyanın uğuru hesab edib və bunu Rusiyada var-dövlət qazanmış milyarder Bidzina İvanişvilinin özünün “Gürcü Arzusu” partiyasından olan “Saakaş” partiyasından hakimiyyətə qayıdıb siyasətə gəlişi ilə bağlı vəziyyətlə əlaqələndirib.
Saakaşvilinin fikrincə, Cənubi Qafqazda baş verən proseslər birbaşa Rusiyanın Ukraynada zəifləməsinin nəticəsidir.
"Paşinyan rəsmən AB-yə üzvlük kursunu götürüb. Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyaya birbaşa təhlükə kimi baxır və öz siyasi, iqtisadi və mədəni ərazisini Rusiyanın təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan başqa, Azərbaycanla Ermənistan arasında yaxınlaşma başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir", - Saakaşvili vurğulayıb.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı