Rusiya-Azərbaycan arasında münaqişənin gələcək inkişafının ssenariləri tərəflərin danışıq səylərindən asılı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin “Lenta.ru”ya deyib.
O, həmçinin fürsətdən istifadə edərək, Azərbaycana qarşı ənənəvi təbliğatını da davam etdirib.
“Bakının indi atdığı addımları nəzərə alsaq, Rusiya vətəndaşlarının bu ölkədə turizm, iş və ya hər hansı digər məqsədlərlə olması sadəcə olaraq təhlükəlidir. Azərbaycanla münaqişənin eskalasiyası və ya əksinə, dondurulması diplomatların danışıqlar səylərindən asılı olacaq. Hər halda bu hekayədən ibrət dərsi götürməliyik. Bu məqamda Bakı nə təyyarə qəzasında, nə də azərbaycanlı mafiya başçılarının həbsində əli olmayan günahsız Rusiya vətəndaşlarını ələ keçirməyi dayandırmasa, Moskvanın bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yolu qalmayacaq”, - Zatulin vurğulayıb.
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi