Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

14:46 - 8 İyul 2025 - GÜNDƏM

 Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Vaşinqtonun nüvə danışıqlarının bərpası ilə bağlı mövqeyi artıq İranın hakimiyyət orqanlarına çatdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İranın nüvə danışıqlarının bərpası növbəti diplomatik addım olacaq. Biz bu barədə ABŞ-ın rəsmi mövqeyini həm İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində, həm də BRİKS sammiti çərçivəsində İran tərəfinə çatdırmağa nail olduq”, – Fidan qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə bölgədə sabitlik və dialoqun qorunması üçün vasitəçilik rolunu davam etdirməyə hazırdır.

Bu xəbər hal-hazırda çox oxunur
Daur İsmayılov Marneulinin meri seçildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol