Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ayaz Səfərov barəsində çıxarılan həbs qətiimkan tədbirindən apellyasiya şikayəti verilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsi A.Səfərovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minib.
Məhkəmədən bildirilib ki, Ayaz Səfərov həbsdə qalacaq.
Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin 29 iyun 2025-ci il tarixli qərarı ilə Səfərov Ayaz Möhbalı oğlu barəsində 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq orqanları Səfərovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş qətl”) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham ediblər.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
- Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac yoxdur
- Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
- Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - VİDEO
- Azərbaycan bu seçkilərdə qələbə qazandı
- Anar Abdullayev həbs olundu
- “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
- Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım edib