Əbu-Dabidəki görüşün təhlilinin bəzi ilkin nəticələrinə gəlincə, indi faktiki paraflanmış çərçivə sülh sazişinin imzalanması Azərbaycan tərəfinin Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı irəli sürdüyü şərtin yerinə yetirilməsindən asılı olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Məlum olduğu kimi, kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi mövzusu çərçivə sülh sazişinin mətnindən çıxarılsa da, Əbu-Dabi görüşündə əsas müzakirə mövzusu olub. Azərbaycan və Rusiya gərginliyinin səbəblərindən biri də odur ki, Moskvanın 9/10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinin icrasını təmin etmək qeyri-mümkün və ya faktiki olaraq istənilməməsi fonunda həm İrəvan, həm də Bakı üçüncü tərəfin (bəlkə də Türkiyə və ya ABŞ) təhlükəsizliyin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etməyə razılaşıb. Güman edirəm ki, Tehranın Zəngəzurdakı “qırmızı xətlər” məsələsi ABŞ və İran arasında aparılan danışıqlarda aradan qaldırılıb. Bəzi şərhçilərin bu görüşün Azərbaycan və Ermənistan başçılarının Rusiyanın iştirakı olmadan keçirdiyi ilk görüş olması barədə iddiaları yanlışdır. Bununla belə, ehtimal etmək olar ki, bu, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsinin müzakirə edildiyi ilk görüşlərdən biridir. Mənim fərziyyələrim doğrudursa, bu görüşü tarixi adlandırmaq olar, çünki Ermənistan-Azərbaycan münaqişəsi başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafanda peyda olub və erməni millətçilərinin hücumuna məruz qalan ilk rabitə xətti Azərbaycan Dəmir Yolları İdarəsinin Mehri hissəsi olub”, - o bildirib.
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video