Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermiş faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, mərhumun yaxınları Könülün 3 ay əvvəl ailə həyatı qurduğunu, lakin ilk günlərdən etibarən həyat yoldaşı Nicat Yusifzadənin ona qarşı zorakılıq etdiyini iddia ediblər. Onlar Könülün əri tərəfindən eyvandan atılmasını və ya özünü atmağa məcbur edildiyini deyiblər.
N.Yusifzadə daha əvvəl də evli olsa da, keçmiş xanımı onu tərk edibmiş.
- Suriyada yeni hakimiyyətin qurulmasından sonra... - Prezident
- Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı
- Yaxın zamanlarda Azərbaycan qazı... - Şara
- Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
- "Sputnik Azərbaycan" FTX-nin filialıdır - Mətbuat Şurası
- Aparıcının efir libası sosial medianı silkələdi - VİDEO
- Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac yoxdur
- Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri