Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına ehtiyac olduğunu düşünmürəm.
BUTA TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev medianın sualına cavab olaraq deyib.
“Biz Türkiyə ilə qonşuyuq, ehtiyac olsa, Türkiyə çox asanlıqla Azərbaycana yardım edə bilər. Amma belə təşəbbüslərlə çıxış etməmişdən öncə öyrənməliyik ki, Türkiyə buna razı olarmı? Bu, tək bizdən asılı olan məsələ deyil. Rusiyanın etirazı Türkiyə - Rusiya münasibətlərinə ciddi ziyan vura bilər. Türkiyə buna hazırdırmı? Biz indi Türkiyə ilə daha çox iqtisadi baxımdan inteqrasiya olunmalı, malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi ümumi bazar yaratmağa çalışmalıyıq. Azərbaycan regionun inkişafı və təhlükəsizliyi üçün “3+3” formatında əməkdaşlığa və inteqrasiyaya ciddi stimul verməlidir”, - o bildirib.
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir