Azərbaycanlıların məşhur bazarına hücum xəbərdarlığı

13:44 - 14 İyul 2025 - HADİSƏ

 Azərbaycanlıların məşhur bazarına hücum xəbərdarlığı

Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Fud Siti”yə (Food City) basqın gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə Gununsesi.info bazarda çalışan şəxsə istinadən məlumat yayıb. Mənbə bildirib ki, onlara bu barədə bazar administrasiyası tərəfindən xəbərdarlıq edilib.

Xəbərdarlıqda bilirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.

Soydaşlarımızın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra bu ölkənin ordusuna dəstək məqsədiylə “Food City”də pulyığma kampaniyası keçirlib:

“Bazarın əsas sahibi olan Qod Nisanovun təşəbbüsü ilə gerçəkləşən bu kampaniya zamanı rus ordusuna milyonlarla vəsait köçürülüb. Pulun əsas hissəsi Qod Nisanovun olsa da, bazarda çalışan minlərlə azərbaycanlı olaraq biz də bu təşəbbüsə qoşulduq”.

Son proseslərdən narahat olan azərbaycanlılar bazarın sahibi olan Qod Nisanov və İlham Rəhimovdan kömək gözlədiklərini deyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol