Ədalətli Rusiya Partiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.
BUTA.TV xəbər verir ki, bunu sözügedən partiyanın lideri Sergey Mironov deyib.
“Bu gün istənilən şəxs istənilən ölkənin bayrağını və ya gerbini asa bilər - istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan. Bundan Rusiya ilə birlik hiss etməyən diasporlar istifadə edir, bu da millətlərarası qarşıdurmanın qızışdırılmasına töhfə verə bilər. Təbii ki, istisnalar olacaq: diplomatik nümayəndəliklər, sərgilər, forumlar, idman tədbirləri. Yalnız Ədalətli Rusiya fraksiyasının növbəti təhlükə ilə mübarizə aparmasını gözləmək qalır: dövlət standartlarına cavab verməyən borş və ya Rusiyada ənənəvi dəyərləri məhv edən xəngəl”, - o bildirib.
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi