Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.
"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.
- Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video
- Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi
- Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev
- İlham Əliyev Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik ünvanladı
- Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto
- Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı
- Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi... - Kreml