Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Tərəflər ötən dəfə olduğu kimi bir qrup əsirin dəyişdirilməsinə razılaşıblar. Bunun xaricində başqa razılaşmaların əldə ediləcəyi problematikdir.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını şərh edərkən bildirib.
O, iki ölkə arasında sülhün yaxın olmadığını vurğulayıb:
“Sülhə hələ çox var. ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt tanıyıb. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşıblar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb. Bu arada, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnika sayını artırıb.
Müharibənin davamına baxmayaraq, tərəflərin İstanbul təmaslarının əhəmiyyəti itməyib. Tərəflər ən azı müəyyən humanitar məsələləri həll etməyə müvəffəq olurlar. İstanbul görüşləri Türkiyənin vasitəçi rolunu artırıb. Bir neçə gündən sonra Avropa və İran təmsilçiləri İstanbulda İranın nüvə məsələsini müzakirə edəcəklər. Rusiya və Ukrayna nə zamansa atəşkəsə və ya ən yaxşı halda sülh sazişi imzalamağa hazır olacaqlarsa, böyük ehtimalla sənədin imzalanacağı məkan İstanbul olacaq. Ancaq bunun üçün hələ zaman yetişməyib”.
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək