Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə “BUTA TV”ə Goranboy Rayon Prokurorluğundan məlumat verilib. Qeyd edilir ki, iyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?