Son bir neçə il ərzində 40 min Pakistan vətəndaşı İran, İraq və Suriyada dini mərkəzlərə ziyarətə getdikdən sonra yoxa çıxıb və Pakistan hökuməti onlar barədə məlumat əldə edə bilmir.
BUTA.TV xəbər verir ki, bu haqda Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb.
“Bu şəxslər təyinat ölkələrinə daxil olduqdan sonra yoxa çıxıblar və onların hazırkı yeri və vəziyyəti haqqında dəqiq məlumat yoxdur”, - məlumatda deyilir.
Bəluc Fəallarının Kampaniyası isə sənəd və mənbələrə istinadən yaydığı məlumatda yoxa çıxan pakistanlı zəvvarların İranla bağlı olduğunu bildirib:
“Əldə edilən sənədlərə görə, minlərlə pakistanlı zəvvarın yoxa çıxması onların İran İslam Respublikasının proksi qüvvələrinə cəlb edilməsi ilə bağlıdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi və dəstəyi ilə fəaliyyət göstərən “Zeynəbiyyun” və “Fatimiyyun” proksi qrupları illərdir ki, ziyarət adı ilə Pakistan və Əfqanistan gənclərini digər ölkələrdə müharibənin ön cəbhələrində döyüşmək üçün cəlb edir”.
Kampaniyanın məlumatına görə, bu şəxslər İrana daxil olduqdan sonra SEPAH-ın nəzarətində olan hərbi təlim düşərgələrinə təhvil verilib və onların müxtəlif hərbi, siyasi-ideoloji təlim görmələrinə başlanılıb.
Həmin şəxslərin müxtəlif adlar altında İraq, Livan, Suriya, Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşdirildikləri və lazım olan zaman onlardan təxribatçı kimi istifadə olunacağı iddia olunur.
Pakistanın Dini İşlər Nazirliyi ölkə vətəndaşlarının silahlı və terrorçu qruplaşmalara cəlb edilməsinin qarşısını almaq üçün yeni tədbirlər gördüyünü açıqlayıb:
“Zəvvarların göndərilməsi üçün qeydiyyat indi yalnız rəqəmsal monitorinq sistemi vasitəsilə həyata keçiriləcək və ziyarətə gedən bütün qrupların təhlükəsizlik agentliklərinin nəzarəti və təsdiqindən sonra ölkədən çıxışına icazə veriləcək”.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı