Azərsundan “Azərçay”ın şüarı ilə bağlı açıqlama

17:10 - 25 İyul 2025 - GÜNDƏM

 Azərsundan “Azərçay”ın şüarı ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Rusiya mağazalarında Azərbaycan istehsalı olan “Azərçay” qutularının üzərində yeni şüarların peyda olduğu haqda görüntü yayılıb.

Məsələ ilə bağlı Azərsun Holdinqin mətbuat xidmətindən BUTA.TV-a sözügedən görüntülərin saxta olduğu bildirilib.

“Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azərçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib. Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir”, - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol