Bundan əvvəl İranın parçalanmasına çalışan güclər indi də Zəngəzur dəhlizi vasitəsilə bunu həyata keçirməyə çalışırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti deyib.
"ABŞ və beynəlxalq sionizm İranın strateji mədəni dərinliyindən narahatdır və həmişə bu kimliyin əsaslarını zəiflədərək milli təhlükəsizliyimizə zərər vurmağa çalışıblar", - o əlavə edib.
Şeyx Səfiəddin Ərdəbilinin anım mərasimində çıxış edən müşavir azərbaycanlıları İranın keşikçisi adlandırıb:
"Azərbaycanlılar Osmanlı və Rusiya işğalçıları qarşısında müqavimət göstərərdilər, Azərbaycan Demokrat Firqəsi məsələsində də azərbaycanlılar müstəmləkəçilərin və onların əlaltılarının planlarını pozaraq İranın parçalanmasının qarşısını aldılar".
Qeyd edək ki, Vilayəti Zəngəzur dəhlizinə qarşı dayanmadan bəyanatlar verməklə məşğuldur.
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN