Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.
BUTA.TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.
Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…