İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət dayandırılmış ticarət gəmilərinin hərəkəti bərpa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
İranın Yol və Şəhərsalma Nazirinin müavini, Limanlar və Dənizçilik Təşkilatının rəhbəri Səid Rəsuli bildirib ki, Azərbaycandan ilk kommersiya gəmisi artıq Astara limanına yan alıb. Tikinti materialları daşıyan, 1 600 ton yükgötürmə qabiliyyətinə malik gəmi limana uğurla çatıb.
Məlumata əsasən, ötən ildən Xəzər dənizində su səviyyəsinin azalması və limanın giriş kanalında yığılan çöküntülər gəmilərin hərəkətini çətinləşdirib. Bu səbəbdən aprel ayından dibdərinləşdirmə işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb.
S. Rəsuli qeyd edib ki, limanın fəaliyyətinin bərpası İranın Xəzər dənizindəki ticarət və nəqliyyat potensialını artıracaq, eyni zamanda bölgədə liman infrastrukturunun inkişafına töhfə verəcək.
- Azov dənizində həlak olmuş həmyerlilərimizin nəşləri Vətənə gətirildi
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video