Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O vurğulayıb ki, Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” deyən Kreml sahibinin məntiqi sadədir:
“Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukrayna ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib. Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla, Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcək”.
Politoloqun sözlərinə görə, Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır:
“Digər tərəfdən, Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o, Ukraynanı parçalamaq planından vaz keçməyəcək”.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı