Artıq Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli rəsmi şəkildə başlanıb.
BUTA.TV xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırkı infrastruktur ildə 6 milyon kubmetr qazın nəqlinə imkan verir:
“Hazırda ilkin mərhələdə gündəlik 4,3 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub”.
Nazir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək.
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı