Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik.
BUTA.TV xəbər verir ki, bu Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşünə dair imzalanan Birgə Bəyannamədə bildirilib.
“Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”, - Birgə Bəyannamədə vurğulanıb.
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi - Foto