Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistan dəmir yolları Rusiyanın nəzarəti altındadır.
Paşinyan Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını da ehtimal edib:
“Əlbəttə, Azərbaycanın razılığı da lazım olacaq”.
Onun sözlərinə görə, Ermənistan həmçinin əvvəllər olmayan İranla dəmir yolu əlaqəsi, Çin də Şərqə yeni marşrut əldə edir:
“Bu, Rusiya və ABŞ arasında iqtisadi qarşılıqlı əlaqə üçün yaxşı imkan ola bilər”.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür