Keçmişdə imkanlar və fürsətləri itirdik, indi Araz dəhlizinin sürətlə tikintisi ölkənin əsas prioritetidir.
BUTA.TV xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan ostanının valisi Bəhram Sərməst deyib.
"Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişi və Zəngəzur dəhlizinin açılmasına dair razılıq əldə olundu və əgər biz Araz dəhlizi layihəsinə əvvəllər başlasaydıq, indi regionun tranzit üstünlüklərindən istifadə etmək üçün daha yaxşı şəraitimiz olacaqdı", - o əlavə edib.
Sərməst baş verənlərdən nəticə çıxarılmasını tövsiyə edib və Araz dəhlizinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb:
"Araz dəhlizinin tikintisi bizim səylərimizlə ölkənin əsas inkişaf prioritetinə çevrilib və bu strateji layihənin icrası İran və Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmaya uyğun olaraq sürətlə davam etdirilir".
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı