İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Aram Şahnazaryan deyib.
Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır:
“Pezeşkian və xarici işlər naziri Abbas Arakçı (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş olduğunu düşünür. Əslində, “Tramp yolu” elə Zəngəzur dəhlizi deməkdir. Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir”.
Şahnazaryan qeyd edib ki, Pezeşkian və komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ ilə problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır:
“Prezident və Arakçının ətrafında, eləcə də hökumətin digər qurumlarında çoxlu sayda azərbaycanpərəst ekspertlər var ki, onların mövqeyi birbaşa İran prezidentinin fikrinə təsir göstərir”.
Qeyd edək ki, Məsud Pezeşkian avqustun 10-da verdiyimi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin xəbərlərdə şişirdildiyi kimi olmadığını bildirib. İran prezidentinin sözlərinə görə, bu məsələdə Tehranın tələbləri qarşılanıb:
“Əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropa və ya Şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır”.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...