Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

23:06 - 15 Oktyabr 2025 - GÜNDƏM

 Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Daria Kosarinova məlumat verib.

Məlumata görə, Hüseynovun Rusiya pasportu oktyabrın 14-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərarı ilə ləğv edilib və hazırda diaspor rəhbərinin Rusiyaya giriş qadağan edilib.

Hakimiyyət orqanlarının qərarının səbəbləri hələlik məlum deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyev həbs edildi - Təcili

Məlumata görə, Hüseynov 20 il əvvəl Ulyanovska köçüb, bundan sonra o, regional Azərbaycan Konqresinin rəhbəri olub. O, Zasviyajyedə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasına nail olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol