Bu gün bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda mühasib və baş konsulun 200 min ABŞ dolları dövlət vəsaitini mənimsədiyi barədə iddialar yayılıb. Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikasının Koreya Səfirliyində də 300 min ABŞ dolları dövlət vəsaitinin mənimsənilməsi halının baş verdiyi ilə bağlı iddialar yayılıb və bildirilib ki, Xarici İşlər Nazirliyində bu məsələlər ört-basdır edilir və bu şəxslərə qarşı cinayət işi açılmır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Los-Ancelesdə Baş konsulluqda hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir.
Görünür kimsə, bir neçə il bundan əvvəl baş vermiş və Baş konsulluğun mühasibi və sürücüsü ilə bağlı məsələni qəsdən dövlətin maliyyə vəsaitinin mənimsənilməsi şəklində təqdim edir.
Belə ki, Baş konsulluğun mühasibi və sürücüsü ailələri ilə birgə avtomobildə hərəkət edərkən, digər bir avtomobilin onların avtomobilinə zərər vurması ilə nəticələnən yol qəzasına düşdükləri məlum olub.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Bundan sonra, Konsulluğun əməkdaşları tərəfindən fərdi qaydada vəkil tutularaq iddia qaldırılıb və onlar sığorta şirkətinə qarşı məhkəməni udublar. Nəticədə, avtomobilin təmiri və tibbi müayinələr ilə bağlı xərclər sığorta şirkəti tərəfindən qarşılanıb.
Göründüyü kimi, burada hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir.
Lakin əldə etdiyimiz məlumata əsasən mühasib və sürücü bu addımları atarkən və üçüncü tərəf vəkillə müqavilə imzalayarkən Baş konsula hər hansı bir məlumat vermədiklərinə və beləliklə müvafiq etik-davranış qaydalarını pozduqlarına görə onlara qarşı qurumdaxili araşdırma aparılıb və tənbeh tədbirləri görülüb.
Koreyadakı Səfirliyimizdə vəsaitin mənimsənilməsi məsələsinə gəldikdə, bu xəbərin yeni olmadığı, hadisə 3 il bundan əvvəl baş verən kimi Xarici İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun bütün müvafiq tədbirlər görüldüyü və zamanında bu məsələnin geniş işıqlandırıldığı məlumdur.
Hələ 2023-cü ilin iyun ayında mətbuata verilmiş rəsmi açıqlamalardan və geniş yayılmış xəbərlərdən məlum olur ki, Azərbaycanın Koreyadakı Səfirliyində mühasib işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın bir qismini, 77 min dollar vəsaiti ödəyib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxs hazırda həbsdədir.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi