“Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) tikintisi gələn il başlayacaq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Tramp yolu” haqqında. Yol xəritəsi belədir: ilin sonuna qədər bütün detallar kağız üzərində qeyd olunmalıdır, 2026-cı ilin birinci yarısında razılaşdırmalı, ikinci yarısında isə tikinti işlərinə başlamalıyıq”, - o bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan vaxt cədvəlinin dəqiq işləməsi üçün əlindən gələni edəcək:
“Dəmir yolu sovet dövründə mövcud olmuş marşrutla (Mehri üzrə) çəkiləcək, çünki başqa yerdən dəmir yolu tikmək real deyil. Qaz kəməri bundan xeyli şimaldan keçəcək, eləcə də elektrik xətləri”.
Xatırladaq ki, söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında çəkiləcək dəhlizdən gedir.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı