Çoxunuzun bildiyi kimi, mən (Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri) RAF karyeramın böyük hissəsini C-130 təyyarəsində keçirmişəm. Əvvəlcə hava yükləmə üzrə mütəxəssis, daha sonra isə pilot və kapitan kimi çalışmışam. Mən bu təyyarədə həm əməliyyat, həm də bütün dünya üzrə təchizat daşımaq üçün çox vaxt keçirmişəm. Bu düşmən hücumu istisna olmaqla, bütün şərtlərə çox yüksək dözümlülük nümayiş etdirən son dərəcə etibarlı bir təyyarədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniya Krallıq Hərbi Hava Qüvvələrinin (RAF) keçmiş C-130 pilotu, təqaüdçü Skott Bateman bildirib.
“Bu gün sosial mediada bəzi insanların təyyarənin təhlükəsizlik göstəriciləri barədə boş və əsassız fikirlər səsləndirdiyini gördüm. Mən bu barədə öz fikirlərimi əlavə etmək istəyirəm.
C-130 dünyanın ən uzunmüddətli istehsal olunan ən qədim hərbi təyyarəsidir. 70 ildən çoxdur ki, fəaliyyət göstərir. İştirak etdiyi əməliyyatların siyahısı uzundur. Bəli, bu müddətdə itkiləri də olub. İstehsal olunan bütün təyyarələrin təxminən 15%-i itirilib. Lakin hamısının qəzalar nəticəsində itirildiyi mənasına gəlmir. C-130-lardan 29-u yerüstü əməliyyatlarda zərər görüb. Həmçinin ABŞ Vyetnamda 70-dən çox C-130-nu itirdi.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Bu, təyyarənin təhlükəsiz olmadığı anlamına gəlmir. Lakin C-130 taktiki nəqliyyat təyyarəsi olduğu üçün onların çoxu döyüş şəraitində və verilən tapşırıqlarda sıradan çıxıb.
RAF-də xidmət etdiyim illərdə biz 6 təyyarə itirdik və onlardan yalnız biri əməliyyat bölgəsi xaricində idi. Onları da texniki nasazlıq səbəbindən yox, düşmən atəşi nəticəsində itirdik.
Qəza barədə fərziyyələr yürütmək doğru olmaz. Amma inanıram ki, ekipaj onlardan əvvəl də fəaliyyət göstərən bir çoxu kimi çox sevdikləri bir işi görərkən həlak olublar. Uçuş kostyumlarında hansı bayrağın olmasından asılı olmayaraq, C-130 ilə uçan və ya uçmuş olan hər kəs böyük bir ailənin üzvüdür. Bu gün biz həmin ailənin üzvlərinin itkisinə yas tuturuq”, - deyə sabiq pilot qeyd edib.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf