Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İsgəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün X hesabında bildirib.
“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.
Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı