Ankara və Bakının xarici siyasətinin fəal koordinasiyası Cənubi Qafqazda sabitliyi möhkəmləndirir. Heç də təsadüfi deyil ki, rəsmi Ankara İrəvanla münasibətlərin normallaşdırılmasını Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlə açıq şəkildə əlaqələndirir. Bu, Türkiyənin strateji seçimidir və göstərir ki, iki qardaş ölkənin maraqları sıx şəkildə bir-biri ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bunu Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin eksperti Hazəl Çağan Elbir bildirib.
“Regiondakı proseslərə istənilən yanaşma qərəzsiz olmalı, Cənubi Qafqazın tarixi reallıqlarına və beynəlxalq hüquq normalarına əsaslanmalı, tərəflərin qarşılıqlı maraqları nəzərə alınmalıdır.
Türkiyə və Azərbaycanın həmrəyliyi Qafqaz regionundakı ziddiyyətlərin qordi (gordian) düyününü açmağa imkan verəcək”, – ekspert vurğulayıb.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı