Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Karolin Ramaekers 13–14 noyabr tarixlərində Azərbaycana səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin X sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində o, dövlət qurumlarının nümayəndələri ilə görüşərək siyasi dialoq, ikitərəfli münasibətlər, eləcə də Bakı ilə Amsterdam arasında yeni əməkdaşlıq imkanlarını müzakirə edib.
Ramaekers həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edən Anar Əcəmov ilə görüşüb.
Bundan əlavə, AZPROMO nümayəndələri ilə görüşlər keçirilib, tərəflər Niderland şirkətləri üçün investisiya imkanlarını, biznes mühitini və Azərbaycanın ixrac potensialını müzakirə ediblər. Səfər işgüzar qəbul ilə başa çatıb.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı