Növbəti altı ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərlərinin həyata keçirilməsi gözlənilir ki, bu da başlayan ikitərəfli dialoq prosesinin davamı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-də Ermənistana səfəri daha geniş qarşılıqlı fəaliyyət proqramının bir elementi olub:
"Bizim səfərimiz anidən olmayıb. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana və Ermənistan nümayəndə heyətlərinin Azərbaycana gələcək səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də ən azı qarşıdakı altı ay ərzində biz Ermənistana bir neçə dəfə səfər edəcəyik. Ola bilsin ki, söhbət təkcə paytaxtdan deyil, həm də ayrı-ayrı bölgələrdən gedəcək".
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
F.Məmmədov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri ilin sonuna qədər planlaşdırılır və konkret tarixlər artıq müəyyənləşdirilib:
"Proses yaxın zamanda həyata keçiriləcək. İctimaiyyət səfər, müzakirələrin gedişi və nəticələri haqqında vaxtında məlumatlandırılacaq. Bizim üçün təkcə görüşün özü deyil, həm də real nəticələr vacibdir. Buraya müzakirə olunacaq mövzular və konkret layihələrin həyata keçirilməsi daxildir".
O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanda işçi qrupu, həm də yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf