ABŞ Hindistana 93 milyon dolarlıq “Javelin” tank əleyhinə sistemləri və “Excalibur” mərmilərinin satışına razılıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) açıqlama verib.
Bildirilib ki, təklif olunan satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edir. Qurumun məlumatına görə, bu addım ABŞ-Hindistan strateji tərəftaşlığını möhkəmləndirəcək, həmçinin Hindistanın müdafiə qabiliyyətini artıracaq.
Açıqlamada vurğulanıb ki, Hindistan Hind-Sakit okeanı və Cənubi Asiya bölgələrində siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm rol oynamağa davam edir.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı