Tramp administrasiyası münaqişələri dayandıran ölkələrə, o cümlədən Azərbaycana və Ermənistana süni intellekt texnologiyalarının satışını və qarşılıqlı əməkdaşlığı müzakirə edib. Bu təşəbbüs regional sabitliyi dəstəkləmək və tərəflər arasında texnoloji əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra Ağ Evin Elm və Texnologiya İdarəsinin direktoru Maykl Kratsios hər iki ölkənin nümayəndələri ilə İT və süni intellekt sahəsində mümkün texnoloji mübadilələri müzakirə edib”, - nəşr qeyd edib.
Məlumata görə, tərəflər rəqəmsal inkişaf və gələcək əməkdaşlıq formatları barədə ilkin razılaşmalar əldə ediblər.
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı
- İlham Əliyev iki fərman imzaladı
- Abel Məhərrəmova vəzifə verildi
- Bu rayonlarda qaz olmayacaq
- Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı