Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.
Qeyd edək ki, ötən gün Braziliyanın Belem şəhərində COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar. Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib. Yanğına elektrik nasazlığını səbəb ola biləcəyi ehtimal edilir, lakin hələlik rəsmi açıqlama verilməyib. Yanğın tez bir zamanda söndürülsə də, konfrans müvəqqəti olaraq dayandırılıb.
Yanğın nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilib.
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır