Ermənistan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin əməkdaşı, Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunan diplomat Aşxen Aleksanyan hələ də həbsdədir. Onun vəkilləri həbs qərarından apellyasiya şikayəti verib, lakin təmin edilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
"İndiki məqamda mən yalnız bir şeyi deyə bilərəm, iclaslar qapalı olduğundan müvəkkilim təqsirini boynuna almır. Onun hərəkətdə cinayət tərkibi yoxdur", - Aleksanyanın vəkili Tavros Gevorkyan bildirib.
Diplomatın digər vəkili Abqar Poqosyan da açıqlamasında deyib ki, Aşxen Aleksanyana qarşı heç bir hüquqi sübut yoxdur, o, faktiki olaraq zərərçəkmiş şəxsdir, çünki hüquqları kobud şəkildə pozulub.
Qeyd edək ki, Ermənistan Avstriyadakı konsulluğunun əməkdaşı Aşxen Aleksanyan casusluqda ittiham olunaraq, saxlanılmışdı.
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır