Vaşinqtonun hazırladığı 28 maddəlik sülh planını qəbul etdirmək üçün Ukraynaya təzyiqi artırdığı xəbəri yayılıb. Ukrayna Prezidenti Vladimir Zelenski yenə çətin vəziyyətdədir. Plan Ukraynanın maraqlarını nəzərə almır, Ağ Ev Kiyevi faktiki Rusiya qarşısında ağ bayraq qaldırmağa sürükləmək istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Zelenski bu plana “hə” deyə bilməz:
“Ancaq Zelenski ABŞ Prezidenti Donald Trampa qəti şəkildə “yox” deməyi də lazım bilməyəcək. Əks halda iki lider arasında yenidən münasibətlər gərginləşəcək, bu isə Ukrayna prezidentinə lazım deyil. Zelenski məsələni uzatmağa çalışacaq, uzaqbaşı “təkliflər müzakirə ediləcək” şəklində ifadələr işlədəcək.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Maraqlıdır ki, Kreml də Trampın planından məmnun deyil. Trampın planı Rusiyanın Ukrayna ilə bağlı istəklərinin tamamını ehtiva etmir. Misal üçün plandakı “dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları ABŞ-ın rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq” bəndi Kremli raza sala bilməz. Və ya digər bəndə görə, Rusiya beş bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina etməlidir. Kreml saxta referendumla Xerson və Zaporojyeni Rusiyaya birləşdirdiyini elan edib. Mövcud vəziyyət isə belədir ki, bu bölgələrin təxminən yarısı Ukrayna ordusunun nəzarəti altındadır. Trampın planına görə, Ukrayna nəzarət etdiyi bu bölgələri Rusiyaya verməyəcək. Belə olan halda Kreml sahibi cəmiyyətinə və yaxın ətrafına Xersonun və Zaporojyenin yarısından imtinasını izah etməli olacaq. Kremlin Trampın planına münasibət bildirməməsi Kiyevin işinə yarayacaq. Avropa Birliyi də Trampın planının reallığa çevrilməməsi üçün əlindən gələni edəcək”.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf