13:29
Bakıda restoranda dörd nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən bir restoranda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
***
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində ölən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel"in yaxınlığında baş verib.
***
"Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, hadisə adıçəkilən şəxslərin qeyd olunan otelin qarsısında iş görən zaman baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf