Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə verib.
BUTA.TV xəbər verir ki, bu yenilik sayəsində sərnişinlər minik talonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarında saxlaya bilərlər. Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet əldə edən bütün sərnişinlər üçün əlçatandır.
Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad edir.
Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı istifadəçilər üçün əlverişli imkan yaradır.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir. Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal həllər təqdim etməyi davam etdirəcək.
Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla tanış ola bilərsiniz:
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf