Bu gün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin filial və klublararası açıq çempionatı keçirilib.
Çempionatın rəsmi açılış mərasimində çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov iştirakçıları salamlayaraq idmanın insanların fiziki və psixoloji sağlamlığımda rolunun əhəmiyyəti, idmanın kütləviliyinin artırılması, idman növünün daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
İctimai Birliyin təsisçisi, Braziliya Ciu-Citsu sənətinin Azərbaycandakı banisi Taleh Həsənov çıxışında ölkəmizdə bu idman növünə olan marağın artdığını qeyd edərək idmançılara yüksək nailiyyətlər arzulamışdır.
İctimai Birliyin sədri Fuad Kərimov və sədr müavini Anar Səfərov da öz növbəsində fəaliyyət planları və inkişaf perspektivləri haqqında danışmış və bütün idmançılara uğurlar arzulayaraq onların idman həyatında yeni nailiyyətlər qazanmasını diləmişlər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirilib və yarışlara start verilib.
Yarışda uşaq, yeniyetmə, gənc, böyük və veteran idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və NO-Gİ versiyaları üzrə öz güclərini sınayıblar.
Nəticə etibarilə, ümumi komanda hesabında Suraxanı BJJ Team 1-ci, BJJA Team 2-ci, Əkbər Hadiyev BJJ Team 3-cü yerdə qərarlaşıblar.
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
- Bakı səmasında qəribə görüntü - Video
- Xameneinin dəfn tarixi açıqlandı
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır