ABŞ Dövlət Departamenti rəsmi şəkildə Maduro rejimini xarici terror təşkilatı kimi tanıdı. Bu qərar, faktiki olaraq Venesuelaya qarşı hərbi intervensiyanı(hücumu) beynəlxalq hüquq baxımından legitimləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O, Nikolas Maduro rejiminin terrr təşkilatı kimi tanınmasının hansı imkanlar yaratdığını sadalayıb:
- Xarici aktivlərin dərhal dondurulması;
- Dünyanın hər yerində rejim tərəfdarların cinayət məsuliyyətinə cəlb edilməsi.
“Hal-hazırda Venesuela hava məkanı faktiki olaraq boşdur (Ukrayna hava məkanı kimi) və ABŞ tərəfindən hava hücumlarının başlanma ehtimalı olduqca yüksəkdir”, - politoloq vurğulayıb.
Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarina malik olan ölkədir, amma sərt sanksiyalar səbəbindən Venesuela nefti dünya bazarına buraxılmır və Çin bu durumdan yararlanır: Venesuela neft ixracının 90%-i məhz Çinə gedir.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar