Mediada xəbər yayılıb ki, ABŞ bizim Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Bu barədə ABŞ-dakı görüşdə danışıldımı?
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu sualı Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev ABŞ səfərindən qayıdan həmkarı Səməd Seyidova ünvanlayıb.
Səməd Seyidov cavabında bunları deyib:
“Azərbaycan bu gün yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, öz enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Enerji nöqteyi-nəzərindən, xüsusilə konkret sahələrlə bağlı - məsələn, enerji tranziti, neft və qaz istehsalı, eləcə də Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə dair - biz çox dərin, mənalı və məhsuldar söhbətlər aparmışıq.
Bütün bu müzakirələr Azərbaycan və ABŞ-ın milli maraqları çərçivəsində həyata keçirilib. Qüdrət müəllim istəyərsə, bu mövzuları geniş və ətraflı şəkildə açıqlamaq üçün bizim böyük imkanlarımız var. Müzakirəmizi daha sonra davam etdirə bilərik”.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar