Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması onu sosial şəbəkələrdə daha çox qınaq obyektinə çevirib.
BUTA.TV xəbər verir ki, müğənninin prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində işlətdiyi ifadələr birmənalı qarşılanmayıb.
"Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!", - o açıqlamasında qeyd edib.
Özünü "qazi qızı" olaraq təqdim edən Samirə Əfəndinin "ermənilərdən qorxduğunu" ehtiva edən bu açıqlaması isə onun üzrünü günahından betər duruma salıb.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar