ABŞ-ın Cənubi Qafqaz regionundakı mövqeləri inkişaf etməkdə davam edir və Azərbaycan əsas nəqliyyat və enerji marşrutlarının kəsişməsindəki strateji yerləşməsi sayəsində Vaşinqton üçün mühüm tərəfdaşa çevrilir.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a amerikalı politoloq Samson Katsman deyib.
Onun sözlərinə görə, Azərbaycanın rolu təkcə tranzit qovşağı və enerji resursları təchizatçısı kimi deyil, həm də regional və beynəlxalq təhlükəsizliyin əsas aktoru kimi əhəmiyyətlidir. O, terror təhdidlərinin neytrallaşdırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və hibrid təhdidlərin qarşısının alınması sahələrində ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi potensialını vurğulayıb.
Onun fikrincə, iki ölkənin bu sahələrdə qarşılıqlı fəaliyyəti hələ yeni başlayır, lakin artıq mühüm addımlar görünür və münasibətlərin bundan sonrakı inkişaf perspektivləri yüksəkdir.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Politoloq, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində ABŞ-ın vasitəçi kimi rolunun güclənməsi imkanını şərh edib. O vurğulayıb ki, Azərbaycanın unikal tranzit rolu və müxtəlif beynəlxalq tərəfdaşlarla balanslaşdırılmış münasibətləri bunun üçün əsas yaradır.
Eyni zamanda, S.Katsman ABŞ-ın Azərbaycana investisiya yatırılmasını məhdudlaşdıran qanunvericilik maneələrinə diqqət çəkərək bildirib ki, onların yenidən nəzərdən keçirilməsi Amerikanın daha fəal iştirakına təkan verə bilər.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf