Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndinin 12 xal verdiyi və sonradan qucaqlaşdığı erməni müğənni Saro Gevorkyan keçmiş “dağlıq qarabağ ordusu”nun tərkibində xidmət edibmiş.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın internet resurslarında məlumatlar yer alıb.
Bildirilib ki, Gevorkyanın hərbi xidməti barədə ilk məlumat 2021-ci ildə yayılıb.
Erməni mediası o zaman “Yeni dalğa” musiqi festivalında iştirak edən Saro Gevorkyan barəsində hazırladığı materialda onun Xankəndidə keçmiş “dağlıq qarabağ ordusu”nun tərkibində xidmət keçdiyini də yazıb. Amma Gevorkyanın hərbi xidmətini hansı illərdə keçdiyi barədə məlumat verilməyib.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar